Axar.az saytına istinadən ain.az xəbər verir.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı başlanan axtarış-xilasetmə işlərinin son durumu müzakirə olunub.
Bundan əlavə, Gürcüstanın baş naziri qəzada həlak olan hərbçilər üçün Türkiyəyə başsağlığı verib. Ərdoğan isə Kobaxidzeyə başsağlığı diləkləri və göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.