ain.az bildirir, Idman.biz portalına istinadən.
Didye Deşam Səudiyyə Ərəbistanı klublarının marağındadır.
İdman.Biz-in “L'Équipe”ə istinadən verdiyi məlumata görə, dünya çempionatından sonra vəzifəsindən ayrılacaq Fransa millisinin baş məşqçisini “Əl-İttihad” dəvət etmək istəyir.
Klubda Kərim Benzema, N'Golo Kante və Mussa Diabi oynayırlar.
Telefoot-a verdiyi müsahibədə Deşam Səudiyyə Ərəbistanının marağını təsdiqləyib.
“Bəzi əlaqələrim olub. Ad çəkməyəcəyəm, amma vəziyyətimi bilirlər. Qərarımı verdikdən sonra - və bundan geri çəkilməyəcəyəm - planlaşdırılan müddətin sonunda azad olacağam və heç nəyi istisna etmirəm”, - Deşam deyib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.