RU

Ronaldo sonuncu dəfə hansı oyunda oynayacağını açıqladı

Beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldo sonuncu oyununun hansı olacağını açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, portuqaliyalı futbolçu Kanada, Meksika və ABŞ-də keçiriləcək 2026-cı il Dünya Kubokunun onun üçün sonuncu olacağını bildirib.

"Bəli, bu doğrudur, çünki mənim 41 yaşım olacaq. Dediyim kimi, sadəcə bu andan zövq alıram", - portuqaliyalı hücumçu qarşıdan gələn Dünya Kubokunun onun üçün sonuncu olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək və üç ölkədə keçiriləcək ilk turnir olacaq.

Избранный
15
2
bakivaxti.az

3Источники