
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışıb.
Bu barədə "Hürriyyət" məlumat yayıb.
Telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin ətrafında aparılan axtarış-xilasetmə işləri müzakirə edilib.
Kobaxidze hadisə ilə bağlı Ərdoğana başsağlığı verib.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта