RU

Sahibə Qafarova Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildiriblər ki, S.Qafarova məktubunda Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbərdən sarsıldığını bildirib.

Milli Məclisin sədri TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan parlamentinin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib.

Избранный
17
34
hafta.az

10Источники