Azərbaycandan ölkəmizə dönərkən qəzaya uğrayan hərbi yük təyyarəmizlə bağlı aparılan axtarış-xilasetmə işlərini Gürcüstan rəsmiləri ilə birlikdə yaxından izləyirik.BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. “Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirəm. Əziz millətimizin başı sağ olsun”, - deyə Fidan əlavə edib.