RU

Təyyarə qəzasının səbəbi bu ola bilər Yeni versiya ortaya çıxdı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğramasının bir neçə səbəbi ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalına açıqlamasında istefada olan türkiyəli hərbçi Kazım Dalkıran danışıb.

O qeyd edib ki, qəzaya səbəb ola biləcək amillərdən biri hərbçilərin çantalarında daşıdıqları ləvazimatların partlamasıdır. Ola bilər ki, onların çantalarında olan hər hansı bir təhlükə vasitə partlayıb və təyyarənin gövdəsini zədələyib. Bu da yekunda qəzaya gətirib çıxarıb.

Digər səbəb isə yük təyyarəsi vasitəsilə daşınan texnikanın yaxşı bərkidilməməsi ehtimalıdır. Belə ki, turbulentlik nəticəsində həmin texnika yerindən qopa və təyyarənin gövdəsini zədələyə bilər.

Xatırladaq ki, bir neçə saat əvvəl Gürcüstan-Azərbaycan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı göyərtədə 20 nəfər olub. Qəzanın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil. Araşdırma aparılır.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
62
2
globalinfo.az

3Источники