RU

"Çelsi"nin futbolçusu milli komandaya kömək edə bilməyəcək

Portuqaliya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Çelsi"nin futbolçusu Pedru Netu DÇ-2026-nın seçmə mərhələsinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Netunun fiziki durumu qaydasında deyil. 25 yaşlı vinger baş məşqçi Roberto Martinesin qərarı ilə heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, PPortuqaliya millisi noyabrın 13-də İrlandiyanın qonağı olacaq, bundan 3 gün sonra isə Ermənistanı qəbul edəcək.

saytlarin hazirlanmasi

Избранный
6
1
sportal.az

2Источники