RU

"Qarabağ"ın rəqibi 130 milyon avroya futbolçu ala bilər

BAKI, 11 noyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu Fransanın PSJ komandasının futbolçusu Vitinyanı yaxından izləyir.

Teleqraf xəbər verir ki, bu barədə "Caught Offside" saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, "qırmızılar"ın skaut şöbəsi 25 yaşlı portuqaliyalını Avropanın texniki cəhətdən ən istedadlı yarımmüdafiəçilərindən biri hesab edir.

PSJ 130 milyon avroluq təklif alsa, Vitinya üçün danışıqlara başlamağa hazırdır.

"Liverpul"dan əlavə, "Yuventus" və "Arsenal" da Vitinya ilə maraqlanır. O, cari mövsüm ərzində meydana çıxdığı 16 oyunda 2 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, "Qarabağ"la "Liverpul" yanvarın 28-də üz-üzə gələcək.

Избранный
48
teleqraf.com

1Источники