RU

“Ayrılmağımızla Fatimənin əlaqəsi yoxdur” - Ülvinin eks-xanımı

Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədovaya Ülvinin birinci xanımı Səadət Hümbətova cavab verib.

Bu barədə o, OLAY-ın instaqram səhifəsində şərh yazıb.

S. Hümbətova Fatimənin son açıqlamasına cavab olaraq bunları qeyd edib:

"Salam, mən Turanın anasıyam. Günlərdir davam edən bu lazımsız söz-söhbətlərdən artıq yorulmuşuq. Oğlumun 10 yaşı olacaq, inşallah. Bu günə qədər bu mövzuda heç nə danışmamışam. Keçmiş, bitmiş bir şeyin yenidən gündəmə gətirilməsi məni danışmağa məcbur etdi. İstəyirəm bəzi məsələlərə aydınlıq gətirim. İlk olaraq onu qeyd edim ki, bizim ayrılmağımızda Fatimə xanımın heç bir əlaqəsi yoxdur. Mən özüm qarşı tərəfdən ayrılmışam. O ki qaldı görüş və daimi əlaqəyə - çox uzun zaman öncə bir neçə dəfə görüş olub. Uşaqlarla görüşə gələndə isə sadəcə Sofini görüb. Turan 1-ci sinfə gedəndən bəri artıq uzun müddətdir ki, heç bir əlaqə və ya görüş olmayıb. Yalnız bibisi əlaqə saxlayır, aliment göndərilir. Ondan başqa heç kəslə kontakt yoxdur. Və ən önəmlisi - heç kim mənim övladıma istəmədiyi heç bir sözü dedirdə bilməz. Mən ailəmlə yaşayıram, övladım da gözünü açandan babasını görüb və onu həm də ata yerinə qoyub. Atasının kim olduğunu da yaxşı bilir. Allah bütün balaları qorusun.

Şükürlər olsun, oğlum düşünmə qabiliyyəti yerində olan ağıllı uşaqdır, hər şeyin fərqindədir. 10 yaşı olacaq və sadəcə ən azından deyilməli idi ki, "3 övladım var". Bütün bu olanlar onun qarşısına çıxmamalı idi. Oğlum bu danışığı görüb və hər şeyin fərqindədir. 5 yaşına qədər demək olar ki, ümumiyyətlə görüş olmayıb. Sonuncu dəfə il yarım əvvəl Turanı atası və bibisi görüblər. Daha sonra heç bir görüş istəyi olmayıb. Oğlum da nə atasını görmək istəyir, nə də onunla görüşmək. Bir də bu yersiz və lazımsız mövzuya görə mənim və oğlumun adının heç bir yerdə hallanmağını istəmirəm. Hər kəs öz həyatını yaşasın. Bu söz-söhbətlər oğluma çox pis təsir edib. Onun verdiyi sualların qarşısında bu gün bu açıqlamanı verməyə məcbur oldum.

Əgər bu cür şeylər bir daha təkrarlanarsa, bu qədər səbrli olmayacağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
3
olaylar.az

4Источники