RU

İlham Əliyev Ərdoğana ZƏNG ETDİ

Ajans.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib. Türkiyə Respublikasının Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib

Избранный
17
49
Ajans.az

10Источники