Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcü həmkarı Gela Geladze ilə təyyarə qəzası ilə bağlı telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ali Yerlikaya “X” hesabında yazıb.
O, Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladığını bildirib.
Nazir axtarış-xilasetmə işlərinin davam etdiyini, Geladzenin də hadisə yerinə getdiyini vurğulayıb.