RU

Azərbaycan-İslandiya oyununa hakim təyinatları AÇIQLANDI

Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

Matç Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib.

Oyunun baş hakimi FIFA referisi Nikola Dabanoviç olacaq. Ona Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək.

VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaqlar.

Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan - İslandiya oyunu 8-ci km stadionunda keçiriləcək. (Oxu.Az)

Избранный
17
11
musavat.com

10Источники