RU

Fərhad Əhmədovun şirkətinə son qoyuldu: zavodun əmlakı həbs olundu

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.

News365.az  xəbər verir ki, bu haqda QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub.

Qeyd edilib ki, sözügedən tədbirlər “QARAÇAY” Fermer Şirkəti ilə “KƏND” MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb. ///unikal

Избранный
10
12
news365.az

10Источники