RU

“Azərbaycandan gətirilən buğdadan hazırlanan çörəyi hamımız yedik, heç kim zəhərlənməyib” Erməni nazir

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan gətirilən buğdanın keyfiyyəti ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, nazir bu barədə özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına baxmayaraq, Azərbaycandan idxal edilən 3-cü sort rus buğdası artıq una və çörəyə çevrilib və ölkədə hər kəs həmin çörəyi istehlak edib.

“Hamımız o çörəyi yedik və gördüyünüz kimi heç kim zəhərlənməyib. 1000 ton buğda bizim gündəlik istehlakımızla müqayisədə çox az miqdardır”, – Papoyan qeyd edib.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkə istifadəçilərindən biri Papoyandan Azərbaycandan gətirilən buğdanın təhlükəsizliyinə kim zəmanət verdiyini soruşmuşdu. Nazir isə cavabında bildirmişdi ki, bu buğdadan hazırlanan çörəyi ilk o yeyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
yeniavaz.com

2Источники