RU

"Qarabağ"ın uğurlarının təməlində Qarabağdakı şanlı zəfər dayanır - AÇIQLAMA

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın “Çelsi” ilə 2:2 hesablı heç-heçəsi Azərbaycan futbolu üçün mühüm nəticə oldu. Komanda güclü rəqib qarşısında həm taktiki, həm də psixoloji baxımdan yetkin oyun göstərdi. Bu qarşılaşma “Qarabağ”ın Avropa səviyyəsində rəqabət apara biləcəyini sübut etməklə yanaşı, Qurban Qurbanovun rəhbərliyində formalaşan intizamlı və dözümlü kollektivin gücünü də nümayiş etdirdi.

Mövzu barədə deputat Vüqar İskəndərov 90deqiqe.Az saytına danışıb:

"Qarabağ" futbol klubu, Qarabağdakı şanlı qələbəmizin idman meydanlarındakı əks simasıdır. Klubun göstərdiyi oyun, ortaya qoyduğu performans hazırda dünyanın, xüsusən də futbol ictimaiyyətinin diqqətini cəlb edir. Əminəm ki, "Qarabağ"ın uğurlarının təməlində, eyni zamanda Qarabağdakı şanlı zəfər dayanır. Çünki 2020-ci ildən sonra xalq olaraq yeni mərhələyə keçdik və bu qələbələr bizi daha da böyüdür, daha güclü və daha qürurlu edir.

"Qarabağ"ın dünyanın ən güclü klubları ilə qorxmadan, döyüş ruhunda başabaş oyun göstərməsi xalqımızın fəxarətini özündə daşıyır. Stadionların dolması, azarkeşlərin komandaya sadiq dəstəyi və dünyanın tanınmış klublarının Azərbaycana artan marağı da bunun göstəricisidir. Bu milli ruhu biz həyatımızın bütün sahələrində əks etdirməliyik.

Oyun zamanı bayrağımızın dalğalanması, azarkeşlərin sona qədər komandaya dəstək verməsi nümunəvi haldır. Qurban Qurbanovun göstərdiyi liderlik və taktiki dəstək isə artıq dünya futbol mütəxəssisləri tərəfindən də öyrənilir. Futbolçuların döyüşkən ruhla, qorxmadan meydana çıxması açıq şəkildə görünür.

Unutmayaq ki, "Qarabağ" son Klublararası Dünya Çempionu olan "Çelsi" ilə qarşılaşanda belə yalnız başabaş yox, hətta üstün oyun sərgiləmək imkanına sahib idi. Bu isə doğrudan da fantastik bir nailiyyətdir.

Fəxriyyə Adil

Избранный
40
90deqiqe.az

1Источники