RU

Bakıda yaşayış binasında yanğın oldu - ÖLƏN VAR

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Избранный
21
34
yenisabah.az

10Источники