Diyarbəkirin Kulp rayonunda inşa edilən körpü çöküb.
NOCOMMENT.az İHA-ya istinadla xəbər verir ki, çökmə nəticəsində dağıntılar altında qalanlar var.
Əraziyə çoxlu sayda xilasedici cəlb edilib.
Xəsarət alan dörd işçi xəstəxanaya çatdırılıb. Dağıntılar altında qalan iki işçinin xilasetmə işləri isə davam etdirilir.
Çökmənin səbəbi hələ ki bəlli deyil.