RU

Naxçıvan Duz Muzeyi ləğv olunub- Rəsmi açıqlama

Naxçıvan, 11 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Duz Muzeyi yaradılıb. Muzeyin əvvəllər Duzdağ otelində ayrılmış bir ekspozisiya zalı və iki xidmət otağı olub, burada gələn qonaqlara xidmət göstərilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Duzdağ otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb: "Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanıb. Muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcək. Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox yerli və əcnəbi ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların eksponatların muzeyin fonduna verilməsi qərara alınıb".

Избранный
30
12
azertag.az

10Источники