RU

Azərbaycan yığmasının oyunu bu hakimə tapşırıldı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

Axar.az xəbər verir ki, matç Monteneqrodan olan hakimlər briqadasına həvalə olunub.

Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. FIFA referisinə Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaq.

Qeyd edək ki, Azərbaycan - İslandiya oyunu noyabrın 13-də 8-ci km stadionunda ("Palm Sports Arena") keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
11
axar.az

10Источники