RU

“Çelsi”nin futbolçusu zədələndi

“Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya zədələnib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı futbolçu bud əzələsindən (kvadriseps) aldığı zədə səbəbindən ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Laviya zədəni UEFA Çempionlar Liqasının ümumi mərhələsində keçirilən “Qarabağ”la oyunda (2:2) alıb.

Cari mövsümdə belçikalı futbolçu “Çelsi”nin heyətində 7 matçda meydana çıxıb, lakin qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Romeo Laviyanın London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. 11 turdan sonra “Çelsi” İngiltərə Premyer Liqasında 20 xalla 3-cü pillədə qərarlaşıb.

Избранный
35
90deqiqe.az

1Источники