RU

“Mançester Yunayted”in yeni hədəfi

“Mançester Yunayted” “Nottingem Forest”in gənc yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın məlumatına görə, “Nottingem Forest” artıq “Yunayted”in marağından xəbərdardır, lakin klub oyunçunun qiymətini azaltmaq fikrində deyil. İngiltərə təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün 114–137 milyon avro tələb edir.

Gənc istedad bu mövsüm Premyer Liqada 11 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mütəxəssislər hesab edirlər ki, Anderson “Mançester Yunayted”in uzunmüddətli yenilənmə planında əsas hədəflərdən birinə çevrilə bilər.

Избранный
56
90deqiqe.az

1Источники