RU

Bağçalı Azərbaycandan danışdı: “Bəziləri narahatdır!”

Ajans.az xəbər verir ki, bu barədə o, partiyasının iclasında danışıb. O, Vətən müharibəsində Azərbaycanın göstərdiyi əzm və qəhrəmanlığı yüksək qiymətləndirərək, Qarabağın işğaldan azad edilməsini tarixi qələbə adlandırıb və sülh prosesində atılan addımların müsbət nəticə verəcəyinə inandığını vurğulayıb. Bağçalı əlavə edib ki, Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir:

"Türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər".

Избранный
34
10
Ajans.az

10Источники