RU

Qurban Qurbanov Abdolbari Gozalın məzarını ziyarət etdi - FOTO

Qurban Qurbanov "Qarabağ” futbol klubunun uzun illər prezidenti və fəxri prezidenti olmuş Abdolbari Gozalın məzarını ziyarət edib.

"Azərsun Holdinq"in qurucusu bu ilin 18 yanvar tarixində 76 yaşında Dubay şəhərində vəfat edib.

İş adamı A.Gozal 2001-ci ildə, "Qarabağ" Futbol Klubunun ən ağır dövründə onu himayəsinə götürmüş, bununla da komandanı dağılmaq təhlükəsindən qurtarmışdı.

O, 2001-15-ci illərdə klubun prezidenti, 2015-ci-2025-ci illərdə fəxri prezidenti olub.

Bu illər ərzində "Qarabağ" 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunun qalibi olub.

"Cebheinfo.az"

Избранный
19
10
cebheinfo.az

10Источники