RU

Suriya Prezidenti “Əl-Qaidə” ilə əlaqələrindən danışdı 

Gənc idim, 19 yaşım var idi, “Əl-Qaidə” ilə keçmiş əlaqələrimi ABŞ Prezidenti Donlad Trampla müzakirə etmədim, çünki bu, artıq keçmişdir.

Ölkə.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara “Fox News” kanalına müsahibəsində jurnalistin suallarına əsasən deyib. 

"Düşünürəm ki, bu, keçmişdə qalıb. Biz bunu Prezident Trampla müzakirə etməmişik. Trampla gələcəklə bağlı danışmışıq. Suriyaya gələcək investisiya imkanlarından danışmışıq. Suriya indi geosiyasi müttəfiq və ABŞ-nin xüsusilə qaz hasilatına böyük sərmayələr yatıra biləcəyi bir yer kimi görünür", - Suriya Prezidenti əş-Şara qeyd edib.

Sentyabrın 11-də “Əl-Qaidə”nin hücumları ilə bağlı suala Əhməd əş-Şara belə cavab verib: "O zaman mənim cəmi 19 yaşım var idi, çox gənc idim. O zaman qərar vermə səlahiyyətim yox idi. Bu məsələ ilə heç bir əlaqəm yoxdur. Mənim ərazimdə o vaxt “Əl-Qaidə” yox idi. Deməli, bu sualı yanlış adama verirsiniz”.

Mürtəza

Избранный
42
olke.az

1Источники