RU

“Qarabağ”la oyunöncəsi mümkün baş məşqçi istefası – “Napoli”də

Antonio Konte “Napoli”dəki gələcəyini müzakirə etmək üçün klub prezidenti ilə görüşəcək.

Msport.az xəbər verir ki, baş məşqçi ilə “Napoli” prezidenti Aurelio De Laurentisin ilə görüşü bu günə planlaşdırılıb.

Müzakirə zamanı məşqçi ilə klub arasındakı münasibətlərin gələcəyi müzakirə olunacaq. Konte 2024-cü ilin yayında “Napoli”ni çalışdırır və onun rəhbərliyi altında komanda İtaliya çempionluğunu qazanıb. Bu mövsüm “Napoli” 22 xalla turnir cədvəlində dördüncü pillədədir.

Qeyd edək ki, “Qarabağ” ÇL-də 5-ci turda “Napoli” ilə səfərdə qarşılaşacaq.

Избранный
5
2
msport.az

3Источники