Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Qarabağ"la oyununda zədələnən Romeo Lavianın durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisinin ayaq əzələsində zədə aşkarlanıb.
Belçikalı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Romeo Lavia bu mövsüm London təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.
"Qarabağ" - "Çelsi" qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.