RU

Məşhur aktyor vəfat etdi

İranlı tanınmış aktyor Homayun Ərşadi 78 yaşında vəfat edib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat yayıb.

Məlumata görə, Ərşadi xərçəng xəstəliyindən dünyasını dəyişib.

1947-ci ildə İsfahanda anadan olan Homayun Ərşadi “Albalı dadı”, “Beşinci reaksiya”, “Çərpələng uçurtmaçısı” və “Başqa yerdə” kimi məşhur filmlərdə rol alıb.

Onun baş rolunu ifa etdiyi “Albalı dadı” filmi 1997-ci ildə Kann Film Festivalında “Qızıl Palma Budağı” mükafatına layiq görülüb.

Homayun Ərşadi Venesiya Film Festivalında aktyorluq kateqoriyasında “Mavi silsilə” Fondunun mükafatını qazanıb, həmçinin İran və ABŞ-da bir neçə film mükafatına namizəd göstərilib.

O, bir müddət İtaliyada yaşayaraq memarlıq təhsili alıb, 11 ildən sonra İrana qayıdıb.

Избранный
15
9
konkret.az

10Источники