RU

ƏMAS da işdən qısamüddətli icazələrin e rəsmiləşdirilməsi imkanı da yaradılıb

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsində işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı da yaradılıb.

Yeni funksionallıq işəgötürənlər üçün prosesi sadələşdirərək onun idarə olunması imkanlarını genişləndirib.

XQ xəbər verir ki, işəgötürənlər icazə limitlərinin təyin edilməsi zamanı “Xidməti icazə işçilərin saat limitindən hesablansın?” bölməsində “Bəli” və ya “Xeyr” seçimləri vasitəsilə bu funksionallığı aktiv və ya deaktiv edə bilirlər.

Xidmət aktiv olduqda, bu müddət “Xidməti” icazə kimi qeydə alınır və işçinin ümumi icazə saatlarına daxil edilmir.

Yeni imkan işçi və işəgötürənlər arasında rəsmi yazışmaların daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına şərait yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
22
xalqqazeti.az

10Источники