RU

Qəddafinin oğlu bu şərtlə azadlığa çıxdı

Mərhum Liviya lideri Müəmmar Qəddafinin oğlu Hannibal Livan məhkəməsinin təyin etdiyi 896 min dollarlıq girovu ödədikdən sonra azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, "Almodon" portalının məlumatına görə, o, Ümumi Təhlükəsizlik İdarəsinin binasını tərk edərək gücləndirilmiş mühafizə altında Beyrutdakı evinə yollanıb və orada ailəsi ilə təxminən 10 gün qalacaq. Prosedurlar tamamlandıqdan sonra isə Hannibal Qəddafinin BƏƏ-yə yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, o, 2015-ci ildən Livanda həbsdə idi. Hannibal Suriyadan "Amal" hərəkatının üzvləri tərəfindən qaçırılaraq Livan hüquq-mühafizə orqanlarına təhvil verilmişdi və şiə imamı Musa Sədrin 1978-ci ildə itkin düşməsi ilə bağlı məlumatı gizlətməkdə ittiham olunurdu.

Asya
Milli.Az

Избранный
44
3
milli.az

10Источники