RU

David Szalay "Flesh" romanına görə 2025-ci il ədəbiyyat üzrə "Buker" mükafatını qazanıb

Britaniya-macar yazıçı David Szalay münsiflər heyətinin "qeyri-adi" və "tamamilə xüsusi" əsər adlandırdığı "Flesh" romanına görə 2025-ci il ədəbiyyat üzrə "Buker" mükafatına layiq görülüb. Oxuməni.az xəbər verir ki, bu barədə “BBC” Rus xidməti məlumat yayıb.

Çərşənbə axşamı gecə Londonda ən nüfuzlu ədəbi mükafatlardan birinin təqdimat mərasimi keçirilib. Bu il münsiflər heyətinə irland dramaturqu Roddi Doyl sədrlik edib.

"Münsiflər heyəti beş saatdan çox müddət ərzində qısa siyahıya alınmış altı kitab üzərində müzakirələr apardı. Digər gözəl romanlar arasında diqqəti çəkən kitab “Flesh” idi - unikallığına görə. Biz heç vaxt belə bir şey oxumamışıq. Bu, bir çox cəhətdən qaranlıq kitabdır, lakin oxumaqdan zövq alırsan", - Doyl bildirib.

Müəllifin altıncı romanı olan " Flesh " romanı həyatın müxtəlif mərhələlərində - təvazökar bir Macarıstan yaşayış massivindən tutmuş Londondakı super zənginlərin parıldayan dünyasına qədər - İstvan adlı bir gənc macarın hekayəsindən bəhs edir.

Szalayinin öz təbirincə desək, o, “müasir Avropa və onu xarakterizə edən mədəni və iqtisadi fərqlər” haqqında kitab yazıb.

"Bəzən roman üzərində işləməyə haradan başladığımı dəqiq müəyyən etmək çətindir", - Szalay etiraf edib. ""Flesh" yavaş-yavaş inkişaf edirdi. Mən bilirdim ki, macar və ingiliscə sonluqla bir kitab yazmaq istəyirəm, çünki o vaxtlar iki ölkə arasında yaşayırdım və bunun mənim mövzu seçimimə kömək etməli olduğunu hiss etdim. Mən də fiziki təcrübə kimi həyat haqqında yazmaq istədim - bu dünyada yaşamaq necə bir şeydir. Bizi nə ayırırsa ayırsın, hamımızı bu ideya birləşdirdi.

Szalay artıq 2016-cı ildə "All That Man Is" ("Kişi necədirsə") romanına görə “Buker” mükafatına namizəd olmuşdu.

Xatırladaq ki, "Buker" mükafatı hər il ingilis dilində yazılan, Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il "Buker"in qalibi “Orbital” romanı ilə Samanta Harvey, 2023-cü ildə isə "Prophet Song" əsəri ilə Pol Linç olub.

Almaz Həsənli

Избранный
65
oxumeni.az

1Источники