RU

Hakan Fidan Trampın xüsusi səfiri ilə Ukrayna münaqişəsini müzakirə edib

BAKI,TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ prezidentinin xüsusi səfiri Stiven Uitkoffla Ukraynada gedən münaqişəni, eləcə də İran, Fələstin və Suriyadakı vəziyyətlə bağlı məsələləri müzakirə edib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Biz onunla (Uitkoffla-red.) bu mövzu ətrafında ətraflı danışıqlar apardıq. Müharibəni dayandırmaq üçün bu həlledici mərhələdə nələrin edilə biləcəyini, Türkiyənin hansı rolu oynaya biləcəyini və bu kontekstdə ABŞ ilə necə əməkdaşlıq edə biləcəyimizi müzakirə etdik", - türkiyəli nazir bildirib.

Избранный
13
1
turkic.world

2Источники