RU

Babək Quliyev UEFA-dan növbəti təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Milli.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə-Ukrayna görüşünün hakim-inspektoru olacaq.

H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən "Kasımpaşa Recep Tayyip Erdoğan" stadionunda baş tutacaq.

Milli.Az

Избранный
17
30
milli.az

10Источники