RU

Sallaqxana zirzəmisində əsir saxlanıldı, bacısının uşaqlarını övladlığa götürdü -Kurt Vonnequtniyə intihara cəhd etmişdi?

Ədəbiyyat dünyasının ən nüfuzlu mükafatlarından olan “Buker”i bu il britaniyalı–macar yazıçı Devid Salay qazanıb.

Kulis.az xəbər verir ki,o bu mükafata "Flesh" (Ət) romanına görə layiq görülüb.

Münsiflər əsəri “fövqəladə” və “bənzərsiz bir kitab” kimi dəyərləndiriblər.

Roman cazibədar və emosional bir kişinin - İştvanın həyatından bəhs edir. O, Macarıstannın kasıb məhəlləsindən başlayıb Londonun ultra-zənginlər dünyasına qədər uzanan həyat yolu keçir.

Münsiflər heyətinin sədri, irlandiyalı yazıçı Roddi Doyl bildirib:

“Bu kitabın ən çox bəyəndiyimiz cəhəti onun bənzərsizliyidir. ‘Flesh’ qaranlıq bir romandır, amma oxumaqdan böyük zövq aldıq.”

Münsiflər heyətinin üzvləri arasında aktrisa Sara Cessika Parker də olub. Roman həmçinin müğənni Dua Lipa və reper Stormzi tərəfindən dəstəklənib. Stormzi kitabdan bir hissəni səsləndirərək mükafat mərasimində nümayiş olunan qısa film üçün oxuyub.

Dua Lipa isə ötən ay əsəri öz kitab klubunda seçərək onu “gərgin və təsirli” adlandırıb.

Sentyabrda o, Nyu-York İctimai Kitabxanasında Salayla söhbət də aparmışdı.

Tənqidçilər Salayın minimalist yazı tərzini xüsusi qeyd ediblər. “The Guardian” romanı “bir kişinin möhtəşəm, yığcam portreti”, “Sunday Times” isə “müasir insanın üç mərhələsini tək bir qəhrəman vasitəsilə göstərən” əsər adlandırıb.

Roddi Doyl yazı üslubunun sadəliyinə heyran qaldığını deyib:

“Biz yazının yığcamlığını sevdik. Hər şey çox təbii açılır. Salay ağ səhifələrdən elə istifadə edir ki, sanki kədəri bir neçə boş səhifə ilə hiss etdirir.”

“Buker” Fondunun rəhbəri Qabi Vud bildirib ki, münsiflər beş saatlıq müzakirədən sonra yekdilliklə qalibi seçiblər:

“Onlar ‘Flesh’i səmimi, intizamlı, və təsirli hesab etdilər. Devid Salay bu romanla yeni bir mərhələ açır.”

Bu, Salayın altıncı romanıdır. O, daha əvvəl 2016-cı ildə “All That Man Is” (“İnsanın hər halı”) əsəri ilə də “Buker” mükafatına namizəd olmuşdu.

Builki qalib kimi o, 50 min funt sterlinq mükafat alıb.

Qısa siyahıda kimlər vardı

Susan Çoy – Flashlight

Kiran Desay – The Loneliness of Sonia and Sunny

Keyti Kitamura – Audition

Ben Markovits – The Rest of Our Lives

Endryu Miller – The Land in Winter

“Buker” mükafatı Birləşmiş Krallığın ən nüfuzlu bədii ədəbiyyat mükafatıdır və ingilis dilində yazılmış romanlara verilir.

Əvvəlki qaliblər arasında Salman Rüşdi, Marqaret Etvud, Bernardin Evaristo, Hilari Mantel və Duqlas Stüart kimi yazıçılar yer alıb.

Избранный
77
kulis.az

1Источники