RU

MƏŞHUR MÜĞƏNNİDƏN NAZİRLİYƏ KORRUPSİYA İTTİHAMLARI “Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Müğənni Nura Suri sosial şəbəkədə Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirib. O, bildirib ki, illərlə dövlət tədbirlərində pulsuz çıxış edib, lakin bu tədbirlər üçün ayrılan vəsaitlərin mənimsənildiyini sonradan öyrəniblər.

“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər — 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş,” — deyə müğənni qeyd edib.

Sənətçi həmçinin nazirlikdən icazə almağın çətin olduğunu, bəzi şəxsi münasibətlərin buna təsir etdiyini iddia edib: “Bir dəfə ərizə yazıb klip çəkilişinə icazə istəmişdim. Akademik Musiqili Teatrda həm də Əliqismət bəylə bu barədə danışılmışdı. Çəkiliş qrupu artıq çəkiliş üçün yerləri müəyyən etmişdi və biz ödənişi də etməyə hazır idik, amma nazirlikdən icazə ala bilmədik. (Mənzərin məndən xoşu gəlmir deyə).”

Nura Suri əlavə edib ki, teatr, muzey və digər mədəniyyət ocaqlarında çəkiliş yalnız ödənişlə mümkündür, lakin “bəy-gəlin” çəkilişlərinə heç bir maneə yoxdur:

“Nazirliyə rəsmi məktub göndərib aylarla cavab gözləməli oluruq. Biz müğənnilər üçün bu, çox çətin və ədalətsiz vəziyyətdir. Amma ‘bəy-gəlin’ çəkilişləri üçün heç bir problem yoxdur — pulunu ödə, çəkilişini et".

Müğənni iddia edib ki, bəzi ifaçılar və hətta Xalq artistləri belə, nazirlikdə çalışan Mənzər adlı şəxsə hədiyyə və pul verməklə tədbirlərə dəvət alır: “Sonradan öyrəndik ki, bir çox tədbirlərə düşmək üçün, hətta Xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər. Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir.”

Nura Suri bildirib ki, bir neçə sənətçi birlikdə nazirliyə rəsmi müraciət də edib, amma nəticə əldə olunmayıb: “Nazirliyə bir neçə yaltaq olmayan, doğrunu deməyə cəsarəti çatan məşhurlar birlikdə rəsmi məktub da yazdıq, amma heç bir nəticə olmadı.”

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
5
azpolitika.info

10Источники