RU

Meksika prezidenti DÇ-2026 ilə bağlı: “Bir neçə aydan sonra hazır olacağıq”

Meksika Prezidenti Klaudiya Şeynbaum 2026-cı il dünya çempionatına hazırlıq və infrastrukturun yenidən qurulması barədə danışıb.

İdman.Biz bildirir ki, dünya çempionatı Meksika, ABŞ və Kanada tərəfindən birgə keçiriləcək.

“Bu, sadəcə ən yaxşı futbolu görmək üçün bir vaxt deyil, həm də dünyaya kim olduğumuzu, Meksikanın nə olduğunu - təkcə böyük mədəni zənginliyə malik bir ölkə deyil, həm də tarixi bir anı yaşayan bir ölkə olduğunu söyləmək üçün bir vaxtdır. Bu, iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir edəcək xüsusi bir zaman olacaq və bir neçə aydan sonra hazır olacağıq", - deyə Şeynbaumdan bildirib.

Meksika mundialda 13 oyuna ev sahibliyi edəcək, bunlardan beşi paytaxtda olacaq. Qalan səkkiz oyun isə Qvadalaxara və Monterreydə keçiriləcək.

İdman.Biz

Избранный
100
1
idman.biz

2Источники