RU

Bu il "Buker" mükafatı da macar əsilli yazıçıya verilib

Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in (The Booker Prize) 2025-ci il üzrə qalibi elan olunub.

APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, qalib Londonda keçirilən mükafatlandırma mərasimində açıqlanıb.

Qalib 6 romandan ibarət qısa siyahı əsasında seçilib. Mükafatın 2025-ci il üzrə qalibi “Flesh” romanı ilə macar-Britaniya əsilli yazıçısı David Szalay olub.

David Szalay 1974-cü ildə Kanadada anadan olub. Yaradıcılığa radio-dram yazmaqla başlayan Szalayın ilk kitabı hekayələrdən ibarət “Turbulence ” kitabı olub.

Qeyd edək ki, bu il ədəbiyyat üzrə Nobel mükafatı da macar yazıçı László Krasznahorkaiyə verilib.

Xatırladaq ki, "Buker" mükafatı hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il "Buker"in qalibi “Orbital” romanı ilə Samantha Harvey, 2023-cü ildə isə "Prophet Song" əsəri ilə Pol Linç olub.

Bu Bu
Избранный
53
apa.az

1Источники