ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşkonun Sloveniya millisinin qarşıdakı oyunlarında oynamayacağı məlum olub.
İdman.Biz bildirir ki, bu barədə sosial şəbəkədə jurnalist Lori Uitvel yazıb.
Məlumata görə, oyunçunun dizində problem var və o, milli komandaya getmək əvəzinə tibbi müayinədən keçmək üçün “qırmızı şeytanlar”ın bazasında qalacaq. Klub Şeşkonun zədəsinin ciddi olmadığına inanır.
Noyabr ayında Sloveniya 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsində Kosovo (15 noyabr) və İsveç (18 noyabr) ilə iki oyun keçirəcək. Sloveniya hazırda B qrupunda üç xalla üçüncü yerdədir.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.