Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub.
Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb.
Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib.
Yeraltı təkanlar ətraf vilayətlərdə hiss olunub.
Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir.
Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.