RU

Şəhidin qardaşı arı sancması nəticəsində ölüb – TƏFƏRRÜAT

Şahbuz rayonunun Kükü kəndində 66 yaşlı Aftandil Həsənovun arı sancması nəticəsində ölməsinin təfərrüatı məlum olub.

NOCOMMENT.az Baku TV-yə istinadən xəbər verir ki, “Əvvəl də bir neçə dəfə onu arı sancıb. Hər dəfə halı pisləşirdi. Bu dəfə isə həyətdə arı pətəyinin yanında dayanmışdı. Bu zaman arı gözündən sancıb. İki-üç addım yeriyəndən sonra yerə yıxıldı. Rəngi qaralmışdı. Xəstəxanaya apardıq, həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər”, – qohumlardan biri söyləyib.

“Bir neçə ay öncə ürəyindən əməliyyat olunmuşdu, bu da şok vəziyyətini daha da ağırlaşdırmış ola bilər”, – digər bir qohum bildirib.

Qeyd edək ki, Aftandil Həsənov Sədərək döyüşləri şəhidi Müşviq Həsənovun qardaşı idi.

Избранный
13
7
nocomment.az

8Источники