Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyədə futbol matçlarına mərc qoymaqla bağlı polis tərəfindən dindirilmək üçün təxminən 600 futbolçu çağırılıb.
İdman.Biz bu barədə “Turkiye” qəzetinə istinadən məlumat verir.
İstintaq hesabatlarına istinadən verilən məlumata görə, oyunçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən qanunsuz veb saytlarda mərc ediblər.
Daha əvvəl Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu intizam komitəsinin futbol oyunlarına mərc etdiklərinə görə 149 hakimi vəzifəsindən kənarlaşdırdığını açıqlayıb.
Türkiyə prokurorları 17 hakim və ölkənin aparıcı futbol klublarından birinin prezidenti də daxil olmaqla 21 nəfərin həbs qərarı verib. İstanbul Baş Prokurorluğunun məlumatına görə, İstanbulda və digər 11 əyalətdə keçirilən səhər reydlərində ən azı 18 adı açıqlanmayan şübhəli saxlanılıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.