RU

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü Ramil Əlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, idmançı 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2.01.16 nəticə ilə 2-ci olub.

Bununla da Azərbaycan üzgüçülərinin İslamiadada qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə, Azərbaycanın qadınlardan ibarət yığması isə 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc mükafata sahib çıxıb.

Избранный
9
11
90deqiqe.az

10Источники