RU

Azərbaycan-Türkiyə Kino Əməkdaşlığı Genişlənir – FOTO

İstanbulda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Doğru.az xəbər verir ki, görüş zamanı kinematoqrafiya sahəsində həyata keçirilmiş birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti “TRT”nin İstanbuldakı kino istehsalat pavilyonlarını ziyarət edib, “Mehmet: Fatihlər Sultanı” serialının çəkiliş meydançasında istehsalat prosesi və texniki imkanlarla tanış olub. Səfərin məqsədi tarixi film istehsalında qabaqcıl təcrübəni öyrənmək və Türkiyə kino istehsalçılarının Azərbaycanda çəkilişlərə cəlb olunmasını təşviq etməkdir.

Qeyd olunur ki, Kino Agentliyi tarixi filmlərin istehsalına xüsusi önəm verir, dövlət dəstəyi ilə həyata keçirilən layihələrdə tarixi janr prioritet hesab olunur. Prezidentin 2025-ci il sərəncamı isə xarici investisiyaları cəlb etmək və ölkəmizi beynəlxalq kino çəkiliş məkanı kimi inkişaf etdirmək məqsədini daşıyır.

Hazırda “Azərbaycanfilm” kinostudiyasında tarixi filmlərin çəkilişi üçün müasir infrastrukturun yaradılması planlaşdırılır.

DOĞRU.AZ

image-17627934226524324101_1200x630 image-17627934222703037605_1200x630 image-17627934226287421241_1200x630

Избранный
29
dogru.az

1Источники