RU

Millimizin futbolçusu mərc qalmaqalında – Oyunlardan uzaqlaşdırıldı

Azərbaycan millisinin üzvü Mert Çelik bukmeyker kontorlarında mərc qoyuluşu etdiyi üçün cəzalandırılıb.

İdmanxeber.az xəbər verir ki, hazırda Türkiyə I Liqasında “Sivasspor”da çıxış edən 25 yaşlı müdafiəçi Türkiyə Futbol Federasiyasının (TFF) mərc oynayan futbolçularla bağlı açıqladığı 1024 nəfərlik siyahıda yer alıb.

TFF-nin qərarına əsasən, araşdırma başa çatana qədər Mert Çelik bütün oyunlardan kənarlaşdırılıb.

Qeyd edək ki, o, 2020–2023-cü illərdə “Neftçi”nin, 2024/2025 mövsümündə isə “Səbail”in formasını geyinib və Azərbaycan millisində 1 oyun keçirib.

Избранный
20
idmanxeber.az

1Источники