RU

Bu bina hər an yana bilər Qorxu içində yaşayırıq

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda 12 ailənin yaşadığı ikimərtəbəli binada hər an qəza, yanğın baş verə bilər.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərəliyev küçəsində yerləşən qəzalı binanın sakinləri bildiriblər ki, 100-dən çox yaşı olan tikilidə problemlər saymaqla bitmir.

Üstəlik, binanın taxta və qamış kimi yanar konstruksiyadan ibarət olması sakinləri qorxuya salıb. Şikayətçilər deyirlər ki, bu binaya bir kibrit bəs edər ki, tamimilə yararsız vəziyyətə düşsün.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, binadakı vəziyyətdən xəbərdardırlar. Binanın qəzalı olması ilə bağlı məlumatlar aidiyyəti üzrə yöndəldirilib. Proses mərhələli şəkildə icra olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
7
baku.ws

8Источники