Avtosfer saytına istinadən ain.az xəbər verir.
Şahbuz rayonunun Kükü kəndində 66 yaşlı Aftandil Həsənovun arı sancması nəticəsində ölməsinin təfərrüatı məlum olub.
"Əvvəl də bir neçə dəfə onu arı sancıb. Hər dəfə halı pisləşirdi. Bu dəfə isə həyətdə arı pətəyinin yanında dayanmışdı. Bu zaman arı gözündən sancıb. İki-üç addım yeriyəndən sonra yerə yıxıldı. Rəngi qaralmışdı. Xəstəxanaya apardıq, həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər", - qohumlardan biri söyləyib.
"Bir neçə ay öncə ürəyindən əməliyyat olunmuşdu, bu da şok vəziyyətini daha da ağırlaşdırmış ola bilər", - digər bir qohum bildirib.
Qeyd edək ki, Aftandil Həsənov Sədərək döyüşləri şəhidi Müşviq Həsənovun qardaşı idi.
***
Şahbuz rayon sakini qızının evində arı sancması səbəbindən vəfat edib.
Avtosfer.az xəbər verir ki, hadisə Şahbuz rayonunda noyabrın 9-u saat 14 radələrində baş verib.
Belə ki, Kükü kənd sakini 1959-cu il təvüllüdlü Aftandil Hüseynqulu oğlunu Həsənovu qızının yaşadığı evdə arı sancıb.
A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.