RU

əl Şəraa BVF nin baş icraçı direktoru ilə görüşüb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Suriyanın prezidenti Əhməd əl-Şəraa bazar günü Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) qərargahında Fondun baş icraçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Görüşdə Suriyanın xarici işlər naziri Əsad Həsən əş-Şeybani də iştirak edib.

Görüş zamanı Suriyanın və BVF-nin mümkün əməkdaşlıq istiqamətləri, ölkədə inkişaf və iqtisadi tərəqqinin sürətləndirilməsi məsələləri müzakirə olunub.

Müzakirələr əsasən Suriya ilə BVF arasında iqtisadi artımı gücləndirmək və iqtisadi islahatlara dəstək vermək məqsədilə mümkün əməkdaşlıq çərçivələrinə yönəlib.

Georgiyeva BVF-nin Suriyaya dəstək verməyə və kömək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, əl-Şəraa bazar günü rəsmi səfərlə ABŞ-a gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
3
apa.az

4Источники