Bu ilin ilk 9 ayı ərzində turizm məqsədilə xarici ölkələrə səfər edən 15 yaşından yuxarı Azərbaycan vətəndaşlarının sayı 852 min 331 nəfər olub.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı 3 min 80 nəfər təşkil edib.
Qeyd edək ki, işsiz şəxslərin ən çox səfər etdiyi ölkə Gürcüstan olub. Hesabat dövründə bu ölkəyə 1 477 nəfər işsiz vətəndaş səfər edib.
İşsizlərin daha çox üz tutduğu ikinci ölkə Rusiya olub – 525 nəfər. Üçüncü yerdə isə Qazaxıstan qərarlaşıb. Bu ölkəyə 450 nəfər işsiz səfər edib.
İşsiz Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist kimi səfərlərinin statistikası aşağıdakı kimidir:
Gürcüstan – 1 477 nəfər
Rusiya – 525 nəfər
Qazaxıstan – 450 nəfər
BƏƏ – 138 nəfər
Çin – 117 nəfər
Moldova – 85 nəfər
Belarus – 55 nəfər
Polşa – 53 nəfər
Özbəkistan – 44 nəfər
İran – 38 nəfər
Avstriya – 28 nəfər
İsrail – 20 nəfər
Hindistan – 10 nəfər
Lüksemburq – 3 nəfər
Niderland – 2 nəfər
Digər ölkələr – 35 nəfər