RU

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

Bu gün Braziliyanın Belen şəhərində keçirilən COP30-un rəsmi açılış mərasimində Andre Korrea do Laqo COP30-un Prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, Prezidentin səlahiyyətlərini COP29-un Prezidenti, Azərbaycan Respublikasının iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Andre Korrea do Laqoya təqdim edib. Bununla da BMT-nin iqlim sammitlərinə sədrlik Azərbaycandan Braziliyaya keçib.

Qeyd edək ki, COP29 tarixdə ilk dəfə olaraq Cənubi Qafqaz regionunda – Bakıda təşkil olunmuşdu və sammit zamanı “Bakı Maliyyə Məqsədi (Baku Finance Goal)” adlı yeni qlobal iqlim maliyyə razılaşması qəbul edilmişdi. COP29, həmçinin “Bakıdan Belenə Yol Xəritəsi” ilə 1,3 trilyon dollarlıq iqlim maliyyəsinin səfərbər olunması üçün praktiki plan təqdim etdi. Bu sənəd COP29 və COP30 prezidentlikləri arasında sıx əməkdaşlığın əsasını qoydu.

Belen COP-u isə bu xəritənin həyata keçirilməsi və Bakı razılaşmalarının tətbiqi mərhələsi kimi tarixə düşəcək.

Избранный
26
7
azerbaijan-news.az

8Источники