RU

Prezident Ərdoğan: Biz Atatürkə qarşı təhqiramiz ifadələrin əleyhinəyik

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunda keçirilən anım mərasimində iştirak edib.

Sherg.az xəbər verir ki, Ərdoğan, Qazi Mustafa Kamal Atatürkə qarşı işlədilən təhqiramiz ifadələri qınayaraq bildirib:

“Biz Atatürk maskası altında düşmənçilik edənlərin əleyhinəyik. İstiqlal müharibəmizi qələbə ilə başa çatdıraraq millətimizin qarşısında yeni bir yol açan Qazi Mustafa Kamala yönəlmiş təhqiramiz ifadələrə də eyni şəkildə qarşıyıq.”

Prezident əlavə edib ki, milli bayram günlərində yaşanan bəzi mübahisələr məqsədli şəkildə gündəmə gətirilir.

Prezident Ərdoğanın çıxışından əsas məqamlar:

“Atatürkün vəfatının 87-ci ildönümündə onu bir daha hörmətlə anıram. 102 ildir ölkəmizin inkişafı üçün əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Dövlətimizin ilk prezidenti Mustafa Kamal Atatürk müstəqil, müasir və yeni Türkiyənin təməlini qoymuşdur. Qazi, yeni dövlətimizin bir çox sahələrdə yenilənməsinə də rəhbərlik etmişdir.

Milli bayramlarımız ətrafında yaradılmaq istenilən dağıdıcı mübahisələrin məqsədli şəkildə gündəmə gətirildiyini görürük. Şanlı tariximizi görməzlikdən gələnlər və 102 illik Respublika təcrübəsini kiçiltməyə çalışanlar, baxmayaraq ki, bir-birinə zidd görünürlər, əslində eyni məqsədə xidmət edirlər. Biz Atatürk maskası ilə düşmənçilik edənlərin əleyhinəyik. İstiqlal müharibəmizi qələbə ilə nəticələndirərək millətimizin qarşısında yeni bir yol açan Qazi Mustafa Kamala qarşı təhqiramiz ifadələrin də qəti əleyhinəyik. Bu millətin ən böyük gücü birliyidir. Əlində dəyənək olan düşüncə azadlığı ola bilməz. Atatürk Evi artıq ziyarətçilərin üzünə açılıb. Mədəniyyət və Turizm Nazirliyimizi, eləcə də TİKA-nı təbrik edirəm.”

“Bizim xoşuna gəlməyən beynəlxalq media qurumları belə artıq Türkiyənin qlobal səhnədə atdığı uğurlu addımları qəbul etməyə başlayıblar. Hazırda dünya üzrə 17-ci, Avropa üzrə isə yeddinci ən böyük iqtisadiyyata sahibik. 2024-cü ildə adambaşına düşən milli gəlirimizi 15 min 325 dollara yüksəltdik.

Türkiyə ildə 7 milyard dollarlıq müdafiə ixracatı həyata keçirir. Artıq biz iynə deyil, top istehsal edirik. Hər sahədə dünya ilə rəqabət apara biləcək səviyyəyə çatmışıq. Tanklarımızla, toplarımızla dünyaya meydan oxuyuruq. Türkiyə Əsrini qururuq. Türkiyəni və qardaşlığımızı böyütdük. Respublikaya xidmətin necə olacağını 23 il ərzində dəfələrlə sübut etdik.”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
sherg.az

1Источники